İran Təhlükəsizlik Şurası təcili toplanıb
İsrail ordusu Livanın paytaxtı Beyrut yaxınlığında yerləşən və əsasən şiələrin yaşadığı Dahiye bölgəsinə şiddətli hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, İsrail tərəfi əməliyyatın Hizbullah tərəfindən atəşkəs rejiminin pozulmasına cavab olaraq həyata keçirildiyini açıqlayıb.
Hadisədən sonra Iran Ali Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclası çağırılıb. Məlumata görə, iclas xüsusi qapalı məkanda keçirilir.
İran rəsmiləri İsrailin hücumlarına cavab veriləcəyini bəyan ediblər. Rəsmi Tehran hadisələrin inkişafını yaxından izlədiyini və zəruri addımların atılacağını bildirib.
Yaxın Şərqdə gərginliyin yenidən artması bölgədə vəziyyətin daha da mürəkkəbləşəcəyi ilə bağlı narahatlıqları gücləndirib.
20:42 07.06.2026
Oxunuş sayı: 56