NYT: Ərdoğan Putindən uzaqlaşır, Türkiyə Ukraynaya daha çox yaxınlaşır
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından sonra Moskva ilə Ankara arasındakı münasibətlərdə balans tədricən Kremlin əleyhinə dəyişməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, buABŞ-nin nüfuzlu “The New York Times” qəzetinin köşə yazarı Gönül Tol qeyd edib.
Müəllif hesab edir ki, bu prosesdə dönüş nöqtəsi Suriyada Bəşər Əsəd rejiminin süqutu olub. Ukraynadakı müharibəyə cəlb olunan Rusiya öz müttəfiqini qoruyub saxlaya bilmədiyi halda, Türkiyənin bölgədəki təsiri əhəmiyyətli dərəcədə artıb.
Məqalədə qeyd olunur ki, Ankara son dövrlərdə Ukraynaya dəstəyini daha da gücləndirib. Türkiyə Kiyevin Yaxın Şərq ölkələri ilə əlaqələrinin inkişafına kömək edir. Eyni zamanda, Ukrayna da Suriya və Fars körfəzi ölkələri ilə təhlükəsizlik və pilotsuz uçuş aparatlarına qarşı mübarizə sahəsində əməkdaşlığını genişləndirir.
Gönül Tolun qənaətinə görə, Türkiyə artıq NATO ilə Rusiya arasında balans siyasətindən getdikcə uzaqlaşır və daha çox Kremlin maraqlarına zidd addımlar atır.
19:10 07.06.2026
Oxunuş sayı: 56