Ermənistanda seçki pozuntuları ilə bağlı faktlar qeydə alınıb
Ermənistanda seçki prosesi zamanı mümkün pozuntularla bağlı onlarla fakt aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, səsvermə zamanı qeydə alınan qanun pozuntuları ilə əlaqədar 29 müraciət daxil olub. Müraciətlər arasında təkrar səsvermə cəhdləri, səsvermənin gizliliyinin pozulması və digər qanun pozuntuları yer alıb.
Nazirlik bildirib ki, daxil olan məlumatlar araşdırılması üçün istintaq orqanlarına göndərilib. Hazırda faktlarla bağlı yoxlamalar davam etdirilir.
Məlumata əsasən, baş verən hadisələrlə əlaqədar altı nəfər saxlanılıb. Hüquq-mühafizə orqanları araşdırmaların nəticələri barədə əlavə məlumat veriləcəyini açıqlayıb.
17:15 07.06.2026
Oxunuş sayı: 57