Simonyan: Hökumət yenidən seçilməsə, müxalifətə qoşulacam
Ermənistanda seçkilərdən sonrakı proseslər baş verməyəcək.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin sədri Alen Simonyan deyib:
"Mən bunu istisna edirəm, bu mümkün deyil. Əgər seçkilər azad və ədalətli olarsa, kimin qalib gəlməsindən asılı olmayaraq, bu baş verməməlidir".
Simonyan, həmçinin hökumət yenidən seçilməsə, müxalifətə qoşulmağa hazır olduğunu bildirib.
"Əlbəttə ki, hazırıq. Nə idi, biz müxalifət deyildikmi? Biz müxalifət idik".
15:35 07.06.2026
Oxunuş sayı: 54