II Qaregin Ermənistan parlament seçkilərində səs verib
Bütün ermənilərin katolikosu II Qaregin Ermənistan parlament seçkilərində səs verib.
Crossmedia.az erməni KİV-ə istinadən xəbər verir ki, Ermənistan Apostol Kilsəsinin rəhbəri Vaqarşapatda (Eçmiədzin) yerləşən 14/11 saylı seçki məntəqəsində vətəndaşlıq borcunu yerinə yetirib.
Səsvermədən sonra jurnalistlərə açıqlama verən II Qaregin bildirib:
“Biz seçimimizi dua və ümidlə etdik ki, Tanrı Ermənistan dövlətçiliyini sarsılmaz şəkildə qorusun və xalqımıza həyatımızda mövcud olan ağır və mürəkkəb sınaqları dəf etməyə kömək etsin”.
Katolikos ölkənin gələcəyi naminə xalqı birlik və həmrəyliyə çağırıb.
15:09 07.06.2026
Oxunuş sayı: 70