İsrailin mərkəzində silahlı hücumlar baş verib
İsrailin mərkəzi hissəsində baş verən silahlı hücumlar nəticəsində bir nəfər həlak olub, azı beş nəfər isə yaralanıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Atışma hadisələri Şaron bölgəsində, o cümlədən Koxav Yair yaxınlığındakı yanacaqdoldurma məntəqəsində, eləcə də Tsur Yitzhak, Tsur Natan yaşayış məntəqələrində və 5533 nömrəli avtomobil yolunda qeydə alınıb.
Hadisələrin təfərrüatları və hücumların səbəbləri ilə bağlı araşdırma aparılır. İsrail hüquq-mühafizə orqanları insidentlərlə bağlı əlavə məlumat verməyib.
Zeynəb Həsən
15:01 07.06.2026
Oxunuş sayı: 49