ABŞ hərbçilərin edamına hazırlaşır
ABŞ-də dörd hərbçinin edamı ilə bağlı hazırlıqlara başlanıldığı bildirilir.
Crossmedia.az "ABC News"-a istinadən xəbər verir ki, qətl və zorlama cinayətlərinə görə məhkum edilmiş dörd hərbçi barədə ölüm hökmünün icrası məsələsi nəzərdən keçirilir.
Məlumata görə, bunun üçün “Qətiyyətli Ədalət” adlı xüsusi plan hazırlanıb.
Bildirilir ki, edamların həyata keçirilməsi üçün ABŞ Prezidenti Donald Trump tərəfindən müvafiq qərarın verilməsi tələb olunur.
Qeyd edilir ki, hökm icra olunarsa, bu, ABŞ-də hərbçilərin 1961-ci ildən bəri ilk edamı olacaq.
Zeynəb Həsən
14:50 07.06.2026
Oxunuş sayı: 45