Paşinyan: Rusiya ilə münasibətlər qarşılıqlı hörmətə əsaslanır
Rusiya ilə münasibətlər institusionallaşıb və qarşılıqlı hörmətə əsaslanır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan səsvermədən sonra bildirib.
O deyib: "Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Lakin bizim Rusiya prezidenti ilə yaxın münasibətlərimiz var".
Baş nazir seçkilərdən sonra Moskvaya və bir neçə digər dünya paytaxtına səfər etmək niyyətində olduğunu qeyd edib.
14:46 07.06.2026
Oxunuş sayı: 46