Kuba mümkün ABŞ işğalına hazırlaşır
Kuba rəsmiləri silahlı qüvvələrinin və mülki şəxslərin hipotetik ABŞ hərbi işğalına hazırlaşdıqlarını açıqlayıblar.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, artan gərginlik fonunda ölkə hakimiyyəti mülki şəxslərə silah paylamağa başlayıb.
Rəsmilər qeyd edirlər ki, Havana birbaşa xarici təcavüz də daxil olmaqla bütün ssenariləri nəzərdən keçirməyə məcburdur.
Lakin dağıdıcı məqsədlər güdmür və mübahisənin sülh yolu ilə həllinə ümid edir. Bu vəziyyət Vaşinqtonun sərt sanksiyaları səbəbindən adada davam edən genişmiqyaslı enerji böhranı fonunda inkişaf edir.
14:21 07.06.2026
Oxunuş sayı: 48