Ermənistan XİN başçısı: Seçkilərdə yüksək seçici fəallığı gözlənilir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlament seçkilərində yüksək seçici fəallığının olacağına əmin olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən zəbər verir.
Nazir bu qənaətə seçki kampaniyasının gedişatının təhlilindən sonra gəldiyini qeyd edib. Onun sözlərinə görə, cəmiyyət seçki prosesinə maraq göstərir.
Mirzoyan bu fikirləri səs verdikdən sonra məntəqələrdən birində jurnalistlərə açıqlamasında səsləndirib.
13:56 07.06.2026
Oxunuş sayı: 46