Koçaryan: Paşinyan və Zelenski çox oxşardır
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Baş nazir Nikol Paşinyan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında mümkün siyasi oxşarlıqlara dair açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Koçaryan jurnalistlərin “seçkilərdən sonra Ermənistan Ukraynanın hərbi müttəfiqinə çevrilə bilərmi?” sualına cavabında belə bir ehtimalı real saymadığını bildirib. Lakin o, Paşinyan və Zelenskini müqayisə edərək onların “avantürizm və ölkə maraqlarına sərt və riskli yanaşma” baxımından oxşar olduqlarını iddia edib.
Onun sözlərinə görə, bu iki siyasətçi qərarlarında daha riskli və sərt yanaşma nümayiş etdirir.
Koçaryan, həmçinin Ermənistanda keçirilən seçkilərə də toxunaraq, onların “itkilərin və geri çəkilmələrin qarşısını almaq, suverenliklə bağlı problemləri dayandırmaq” üçün vacib olduğunu qeyd edib.
13:54 07.06.2026
Oxunuş sayı: 47