Ermənistanda seçki pozuntuları ilə bağlı 17 müraciət qeydə alınıb
Ermənistan Daxili İşlər Nazirliyinə seçki pozuntuları ilə bağlı saat 11:00-a olan məlumata əsasən 17 müraciət daxil olub, daha 53 müraciət isə hazırda araşdırma mərhələsindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, qeydə alınan pozuntular arasında 2 nəfərin təkrar səs vermə halı da aşkar edilib.
Bundan əlavə, ölkədə “sükut günü” rejimi qüvvədə olduğundan, mətbuat və sosial şəbəkələrdə seçkilərlə bağlı yayılan materiallar da yoxlanılır. Səsvermə prosesi saat 20:00-a qədər davam edəcək.
13:31 07.06.2026
Oxunuş sayı: 56