ABŞ və İran razılaşma üçün “qeyri-müəyyən formul” axtarır
ABŞ və İran arasında davam edən danışıqlarla bağlı yeni təhlil yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə təhlili “Politico” nəşri yayıb.
Məqalədə bildirilir ki, tərəflər razılığa gəlmək istəyirlərsə, bunu həm siyasi, həm də hüquqi baxımdan elastik mexanizmlərlə mümkün etmək ehtiyacı yaranır.
Təhlilə əsasən, mümkün razılaşma “diplomatik qeyri-müəyyənlik” üzərində qurula bilər. Bu isə sənədin bəzi müddəalarının fərqli şərh edilməsinə imkan verərək hər iki tərəfə geri addım atmadan nəticəni “uğur” kimi təqdim etməyə şərait yarada bilər.
Nəşr qeyd edir ki, beynəlxalq diplomatiyada bu cür yanaşmalar yeni deyil və bir sıra mühüm sazişlərdə oxşar üsullardan istifadə olunub.
Həmçinin vurğulanır ki, “dondurulmuş aktivlər” və “məhdudlaşdırılmış maliyyə resursları” kimi hüquqi anlayışlar arasındakı incə fərqlər də tərəflər üçün potensial kompromis imkanları yarada bilər.
13:20 07.06.2026
Oxunuş sayı: 57