KİV: İsrail ABŞ rəsmilərinə qarşı müşahidəni artırıb
İsrail ABŞ-nin İranla bağlı mövqeyini müəyyənləşdirmək məqsədilə casusluq fəaliyyətini genişləndirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Nəşrin iddiasına görə, İsrail yüksək vəzifəli amerikalı rəsmilərə, o cümlədən Stiv Uitkoff və ABŞ müdafiə nazirinin müavini Elbric Kolbiyə qarşı müşahidəni gücləndirib.
Məlumatda qeyd olunur ki, İsrailin bu addımı ABŞ-nin İran məsələsindəki mövqeyi barədə daha ətraflı informasiya əldə etmək məqsədi daşıyıb.
Zeynəb Həsən
12:20 07.06.2026
Oxunuş sayı: 56