Ermənistanda etiraf: Nə Paşinyan Aİ-yə aparacaq, nə də müxalifət Rusiyaya tam qaytaracaq
Erməni media orqanlarında yayılan təhlildə bildirilir ki, regionda yaranmış yeni reallıqlar fonunda Ermənistanın xarici siyasətində ciddi dəyişikliklər gözlənilmir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Məqalədə qeyd olunur ki, Nikol Paşinyanın qələbəsi Ermənistanın qısa müddətdə Avropa İttifaqına üzv olması demək deyil. Eyni zamanda, müxalifətin hakimiyyətə gəlməsi də ölkənin Qərblə münasibətlərinin pozulmasına səbəb olmayacaq.
Təhlil müəlliflərinin fikrincə, müxalifət hakimiyyətə gəlsə, Rusiya ilə əlaqələri gücləndirə bilər. Bununla yanaşı, Azərbaycanla sülh prosesinin ləngiməsi mümkün olsa da, prosesin tam dayanacağı gözlənilmir.
Məqalədə həmçinin vurğulanır ki, Ermənistanın Rusiya ilə münasibətlərinin tamamilə qırılması da real görünmür.
11:26 07.06.2026
Oxunuş sayı: 62