Çin Tayvanın şərqində xüsusi dəniz əməliyyatı elan edib
Çin Tayvanın şərqində xüsusi dəniz əməliyyatına başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Global Times məlumat yayıb.
Məlumata görə, qərar Yaponiya və Filippinin Tayvanın şərqində dəniz sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlara başladıqlarını elan etməsindən sonra qəbul edilib. Pekin isə bu addımı Çinin ərazi suverenliyinə, dəniz hüquqlarına və milli maraqlarına müdaxilə kimi qiymətləndirir.
Çinin Nəqliyyat Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, əməliyyatın məqsədi ölkənin dəniz inzibati qanunvericiliyi çərçivəsində yurisdiksiya səlahiyyətlərini tam şəkildə həyata keçirmək, açıq dənizlərdə patrul və nəzarət imkanlarını gücləndirmək, strateji əhəmiyyətli sularda hərəkətə nəzarəti artırmaq, dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək və milli maraqları qorumaqdır.
11:00 07.06.2026
Oxunuş sayı: 50