Macarıstan üç ölkənin vətəndaşlarına işçi vizalarının verilməsini dayandıracaq
Macarıstanın yeni hökuməti Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarına işçi vizalarının verilməsini dayandıracaq.
Crossmedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hökumət sözçüsü Vanda Sondi bildirib ki, qərar xarici işçilərin yerli əməkhaqlarına mənfi təsir göstərməsi ilə bağlı narahatlıqlar fonunda qəbul edilib.
Belə ki, xarici işçilər Budapeştin ümumi işçi qüvvəsinin cəmi 2 faizini təşkil etsələr də, istehsal və sənaye sektorunun bəzi sahələrində onlara yüksək tələbat var və işəgötürənlər tərəfindən fəal şəkildə axtarılırlar.
Qeyd edək ki, yeni qərarın qüvvəyə minməsindən sonra Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarının Macarıstanda işləmək məqsədilə yeni işçi vizası alması xeyli çətinləşəcək və ya mümkün olmayacaq.
10:35 07.06.2026
Oxunuş sayı: 58