İran XİN: ABŞ regionda gərginliyi azaltmaq niyyətində deyil
İran Xarici İşlər Nazirliyi ABŞ-nin Qorukdakı və Qeşm adasındakı sahil radarlarına endirdiyi zərbələri pisləyən bəyanat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirlikdən qeyd olunub ki, Vaşinqtondan atəşkəsin dəfələrlə pozulması Amerikanın gərginliyi azaltmaq və sabitliyə qayıtmaq niyyətində olmadığını sübut edir.
İran münaqişənin gələcək eskalasiyasına görə bütün məsuliyyəti ABŞ-nin üzərinə qoyub.
XİN-in bəyanatında deyilir: “Bu qanunsuz hərəkətlərin bütün nəticələrinə, həmçinin gərginliyin hər hansı mümkün artmasına görə məsuliyyət ABŞ hökumətinin üzərinə düşəcək”.
Bu zərbələrin endirilməsi barədə CENTCOM da məlumat yayaraq, bunun İranın Hörmüz boğazı istiqamətində pilotsuz uçuş aparatları (PUA) buraxmasına cavab addımı olduğunu qeyd etmişdi.
22:50 06.06.2026
Oxunuş sayı: 50