Pezeşkian: Cəmiyyətimizin həmrəyliyə ehtiyacı var
İran cəmiyyətinin hər zamankından daha çox tolerantlığa, dialoqa və həmrəyliyə ehtiyacı var.
Crossmedia.az xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.
"X" sosial şəbəkəsindəki paylaşımında Pezeşkian İmam Musa Kazımın kəlamına istinad edərək qeyd edib ki, cəmiyyət qəzəb, aqressiya və qütbləşmə vasitəsilə inkişaf edə bilməz.
"Bu gün hər zamankından daha çox qarşılıqlı anlaşmaya, fərqliliklərə qarşı tolerantlığa, həmrəyliyə və əməkdaşlığa ehtiyacımız var", — deyə İran prezidenti yazıb.
22:20 06.06.2026
Oxunuş sayı: 51