Türkiyədən FPV pilotsuz təyyarələrinə qarşı yeni silah
ASELSAN şirkəti "DRONEDEF" kompleksinin uğurlu sınaqları barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, sınaqlar zamanı "İHTAR", "EJDERHA" sistemləri və "GÖKBERK" lazer kompleksi bir neçə dronu zərərsizləşdirib.
"İHTAR" alçaqdan uçan FPV hədəflərinin aşkarlanması və izlənilməsinə cavabdehdir. "EJDERHA" istiqamətləndirilmiş elektromaqnit enerjisinin köməyi ilə dron sürübünü və optik-lifli PUA-ları sıradan çıxarır, "GÖKBERK" isə hədəfləri lazerlə məhv edir.
Hər üç sistem Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) eşelonlaşdırılmış hava hücumundan müdafiə sisteminə inteqrasiya olunub.
Fatimə Cabbarlı
21:35 06.06.2026
Oxunuş sayı: 268