BMT kütləvi aclıq riski ilə bağlı xəbərdarlıq edib
BMT İranla bağlı müharibənin yaratdığı iqtisadi və humanitar nəticələr səbəbindən dünyada aclıq riskinin artacağı barədə xəbərdarlıq edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) məlumatına görə, münaqişənin daha da genişlənməsi və neft qiymətlərinin yüksək səviyyədə qalması xüsusilə həssas ölkələrdə milyonlarla insanın qida çatışmazlığı ilə üzləşməsinə səbəb ola bilər.
Təşkilatın qiymətləndirməsinə əsasən, Somalidə 2,5 milyon, Əfqanıstanda 2,3 milyon və Şri-Lankada 1,3 milyon nəfər qida təhlükəsizliyi baxımından ciddi risk altındadır.
ÜƏP bildirib ki, qlobal ərzaq böhranı dərinləşərsə, kəskin ərzaq çatışmazlığı ilə üzləşən insanların sayı mövcud 318 milyona əlavə olaraq daha 45 milyon nəfər arta bilər.
17:55 06.06.2026
Oxunuş sayı: 65