İran XİN yenidən Livan prezidentini tənqid etdi
Livan prezidenti Cozef Aunun İran və Hizbullahla bağlı son açıqlamaları Tehranın reaksiyasına səbəb olub.
Crossmedia.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi “X” hesabında Livan-ərəb ləhcəsində paylaşım edərək, Livan prezidentini dolayı yolla tənqid edib.
Bəqayi yazıb: “O, yanında dayananı satır və qarşısında dayananı alır”.
Bu ifadə adətən öz tərəfdarlarını və ya ona dəstək verənləri tərk edərək rəqiblərinə yaxınlaşan şəxslər barədə işlədilən tənqidi və istehzalı ifadə kimi dəyərləndirilir.
17:46 06.06.2026
Oxunuş sayı: 49