KİV: İran Gürcüstanda təsirini genişləndirməyə çalışır
İsrailin baş naziri Benyamin Netanyahunun sabiq müşaviri Simon Bulşteyn Gürcüstanda İranla əlaqəli təşkilat və strukturlar şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, «Israel Hayom» qəzetində dərc olunan məqaləsində yazıb.
ABŞ-nin Hudson İnstitutunun araşdırmasına istinad edərək bildirib ki, Tehran dini, təhsil və ictimai təşkilatlar vasitəsilə Gürcüstandakı təsir imkanlarını genişləndirməyə çalışır.
Bununla yanaşı, Gürcüstan rəsmiləri daha əvvəl Hudson İnstitutunun hesabatında yer alan iddiaları rədd edərək onları siyasi kampaniyanın tərkib hissəsi adlandırıblar.
Məlumata görə, hesabatın dərcindən sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti mümkün xarici təsir fəaliyyəti ilə bağlı araşdırmaya başlayıb.
17:41 06.06.2026
Oxunuş sayı: 48