Küveyt İranın son hücumlarını qətiyyətlə pislədi
Bu gün Küveyt Xarici İşlər Nazirliyi İranın son raket hücumlarını pisləyən bəyanat yayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirliyin açıqlamasında bildirilir ki, bu hücumlar Küveyt vətəndaşlarının və ölkədə yaşayan şəxslərin həyatına birbaşa təhlükə yaradır və dövlətin suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
Bəyanatda vurğulanıb ki, son hadisələr regionda gərginliyin təhlükəli şəkildə artmasına səbəb olub və Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün ciddi risk yaradır.
Küveyt hökuməti bütün tərəfləri dövlətlərin suverenliyinə hörmətlə yanaşmağa, beynəlxalq hüquqa riayət etməyə və münaqişələrin daha da genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
17:35 06.06.2026
Oxunuş sayı: 50