ABŞ Mərkəzi Komandanlığının rəhbəri təcili Yaxın Şərq turuna çıxdı
ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Yaxın Şərq ölkələrinə səfər edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper Bəhreyn, Qətər, Küveyt və İordaniyaya səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib.
Məlumata görə, admiral Kuper səfər etdiyi ölkələrin hökumət və təhlükəsizlik rəsmiləri ilə regional vəziyyət, təhlükəsizlik çağırışları və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə edib.
Bildirilib ki, CENTCOM rəhbəri bölgədə yerləşdirilmiş ABŞ hərbi qüvvələrinin şəxsi heyəti ilə də görüşərək onların xidmətini yüksək qiymətləndirib.
Qeyd olunub ki, səfər Yaxın Şərqdə gərginliyin davam etdiyi, eləcə də İran və ABŞ arasında mümkün qarşıdurma ilə bağlı narahatlıqların artdığı bir dövrə təsadüf edir.
16:05 06.06.2026
Oxunuş sayı: 54