Ermənistanda seçki öncəsi siyasi balans dəyişir
Ermənistanın baş nazri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası Ermənistanda parlament seçkiləri öncəsi reytinqlərdə lider mövqedə qalır.
Crossmedia.az xəbər verir ki, "Reuters"-in məlumatına görə, hakim partiya seçkilərdə birinci olsa belə, konstitusiya çoxluğunu əldə edə bilməməsi ciddi siyasi problemlər yarada bilər.
Məlumata əsasən, belə bir halda Paşinyanın komandası hökuməti formalaşdırmaq üçün digər siyasi qüvvələrlə koalisiya qurmağa məcbur qala bilər ki, bu da partiyanın müstəqil siyasi manevr imkanlarını zəiflədə bilər.
Gallupun seçki öncəsi son sorğusuna əsasən:
- “Vətəndaş Müqaviləsi” Partiyası — 32,4%
- “Güclü Ermənistan” bloku — 16,4%
- “Ermənistan” bloku — 15,2%
- “Çiçəklənən Ermənistan” Partiyası — 8,8%
- “Birliyin Qanadları” Partiyası — 6,2%
Sorğuda müxalif qüvvələrin ümumi reytinqinin 46,6 faiz olduğu qeyd edilir.
15:00 06.06.2026
Oxunuş sayı: 55