Pasportunda bu möhür olmayanlar Ukraynaya qaytarılacaq
Avropa İttifaqı ölkələrinə sərhəd nəzarətindən yan keçərək daxil olan ukraynalı kişilərin ölkələrinə geri qaytarılması prosesi başlaya bilər.
Crossmedia.az xəbər verir ki, bunu Miqrasiya Siyasəti Ofisinin rəhbəri Vasili Voskoboynik bildirib.
Onun sözlərinə görə, pasportda sərhədi qanuni şəkildə keçdiyini təsdiqləyən möhürün olmaması Avropa ölkələrində deportasiya üçün əsas səbəb hesab edilə bilər.
Voskoboynik qeyd edib ki, bu vəziyyət xüsusilə Ukraynanı qeyri-qanuni yollarla tərk edən şəxslərə, o cümlədən Tisa çayını keçərək Avropa İttifaqına daxil olan kişilərə aid ola bilər.
O vurğulayıb ki, belə hallarda Avropa ölkələrinin miqrasiya orqanları şəxsin ölkəyə girişinin qanuniliyini araşdıracaq və qanun pozuntusu müəyyən edilərsə, onun Ukraynaya qaytarılması barədə qərar verilə bilər.
14:50 06.06.2026
Oxunuş sayı: 60