Karapetyanın bloku seçkilərdən kənarlaşdırılmayıb
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) rusiyalı oliqarx Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” blokunun parlament seçkilərindən kənarlaşdırılması tələbini rədd edib.
Crossmedia.az xəbər verir ki, qərar Qərbyönlü “Respublika” Partiyasının müraciətinə baxıldıqdan sonra qəbul olunub.
Ermənistan KİV-lərinin məlumatına görə, partiya nümayəndələri müraciəti iyunun 5-də, səsverməyə iki gün qalmış MSK-ya təqdim ediblər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Zeynəb Həsən
11:46 06.06.2026
Oxunuş sayı: 52