ABŞ və İran arasında nüvə danışıqları dərinləşir
ABŞ İranla danışıqlara nüvə üzrə texniki ekspertləri cəlb edir.
Crossmedia.az xəbər verir ki, "Axios" nəşrinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner İranın nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edə biləcək mütəxəssislərlə görüşmək üçün Oak Ridge Milli Laboratoriyasına səfər ediblər.
Məlumata görə, Donald Tramp administrasiyası uranın zənginləşdirilməsi, nüvə materiallarının utilizasiyası və razılaşmaya nəzarət mexanizmləri üzrə texniki iş aparmaq üçün təxminən 100 nəfərlik ekspert qrupu formalaşdırır.
Mənbələrin bildirdiyinə görə, Tehranla danışıqlar artıq irəli mərhələyə keçsə də, tərəflər zənginləşdirilmiş uran ehtiyatlarının azaldılması qrafiki və İranın dondurulmuş aktivlərinə çıxış məsələsində hələ razılığa gələ bilməyiblər.
CNN-in məlumatına əsasən, dondurulmuş aktivlərə çıxış məsələsi razılaşma qarşısındakı əsas maneələrdən biri olaraq qalır.
10:58 06.06.2026
Oxunuş sayı: 55