Əraqçi Auna sərt mesaj göndərib
İranın xarici işlər naziri Abbas Əraqçi Livanın prezidenti Cozef Aunun İranın Livanı sövdələşmə obyektinə çevirməsi ilə bağlı ittihamlarına sərt cavab verib.
Crossmedia.az xəbər verir ki, Əraqçi açıqlamasında Livandakı vəziyyətə görə İranın deyil, İsrailin məsuliyyət daşıdığını vurğulayıb.
“Cənab Aunun şərhlərinə əsaslansaq, elə çıxır ki, İran Livan ərazisinin 1/5-ni işğal edib, əhalinin 1/4-ni didərgin salıb və ölkəni hər gün bombalayır”, – deyə İran XİN rəhbəri bildirib.
Əraqçi əlavə edib ki, əgər Livan Tehran üçün sövdələşmə obyekti olsaydı, İran çoxdan razılaşmaya gedərdi. O, Livan prezidentini əsl düşmənə qarşı mübarizə aparmağa çağırıb.
Açıqlama Cozef Aunun CNN telekanalına müsahibəsində İranı Livandan regional qarşıdurmalarda istifadə etməkdə ittiham etməsindən sonra səsləndirilib.
10:50 06.06.2026
Oxunuş sayı: 58