Türkiyə Avropa və ABŞ-yə hərbi ixracı təxminən dörd dəfə artırıb
Son illərdə həyata keçirilən dövlət investisiyaları Türkiyəni silah idxalçısından iri hərbi texnologiya ixracatçısına çevirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qərbdə yenidən silahlanma prosesinin sürətlənməsi və hərbi ittifaqlardakı dəyişikliklər fonunda Türkiyə müdafiə sənayesində mövqelərini daha da gücləndirməyə çalışır.
Hazırda Ankara təxminən 40 ölkəyə silah ixrac edir. Türkiyə şirkətləri alıcılara rəqiblərlə müqayisədə daha münasib qiymətə, daha sürətli təhvil edilən və daha çevik məhsullar təklif edir.
22:00 05.06.2026
Oxunuş sayı: 56