Aİ Gürcüstanla vizasız səyahəti dayandıra bilər
Avropa İttifaqı(Aİ) iyunun 11-də Gürcüstanla dialoq keçirməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bunu Azad Avropa/Azadlıq Radiosu (RFE/RL) Avropa Bürosunun redaktoru Rikard Jozviak deyib.
"Gələn həftə, 11 iyunda vizasız səyahətin dayandırılması ehtimalı ilə bağlı mühüm görüş keçiriləcək viza dialoqu planlaşdırılır. Dekabr ayında Avropa Komissiyası illik viza hesabatını təqdim edəcək və yanvar ayında Aİ üzv dövlətləri son qərarı verməli olacaqlar", - deyə o, yazıb.
20:24 05.06.2026
Oxunuş sayı: 52