Azarov: Zelenskinin məktubu Rusiya ilə danışıqları pozmağa yönəlib
Ukraynanın sabiq baş naziri Nikolay Azarov TASS informasiya agentliyinə açıqlamasında Ukrayna Prezidenti Volodimir Zelenskinin göndərdiyi məktubun Rusiya Federasiyası ilə hər hansı bir danışıqlar prosesini iflasa uğratmaq məqsədi daşıdığını bəyan edib.
Crossmedia.az bu barədə TASS agentliyine istinadan xəbər
verir.
Sabiq hökumət başçısı qeyd edib ki, sözügedən sənəddə sülhün əldə olunmasına dair konkret təkliflər və ya hər hansı bir kompromis variantlar yer almayıb.
Fidan
Məmməd-zadə
16:20 05.06.2026
Oxunuş sayı: 56