Putinin çıxışını dinləmək istəyənlərdən koronavirus və qrip testi tələb olunur
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinin çıxış edəcəyi plenar iclasa qatılmaq istəyən şəxslər üçün xüsusi şərt qoyulub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər
verir.
Bildirilir ki, iştirakçılar zala daxil ola bilmək üçün koronavirus (COVID-19) və qrip testindən keçməlidirlər.
Bu təhlükəsizlik tədbiri forumun digər hissələrinə deyil, məhz Rusiyanın dövlət başçısının iştirak edəcəyi tədbirə şamil olunur.
Fidan
Məmməd-zadə
16:05 05.06.2026
Oxunuş sayı: 49