Lavrov ABŞ-İran dialoquna dəstək verdi: Danışıqlar davam etməlidir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ və İran arasında aparılan danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Lavrov bildirib ki, Moskva Tehran və Vaşinqton arasında gedən dialoqu, o cümlədən Pakistanın vasitəçiliyi ilə həyata keçirilən təmasları qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı və Misir də danışıqlar prosesinə dəstək verməyə çalışır.
Rusiya XİN rəhbəri qeyd edib ki, ABŞ və İran arasında təmasların davam etdirilməsi Yaxın Şərqdə sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Lavrovun sözlərinə görə, tərəflər arasında əldə olunacaq istənilən razılaşma həm İranın, həm də region ölkələrinin maraqlarını nəzərə almalıdır.
Nazir vurğulayıb ki, mövcud gərginliyin diplomatik yollarla həlli regional təhlükəsizlik və sabitlik üçün ən doğru seçimdir.
14:58 05.06.2026
Oxunuş sayı: 46