Pakistanın daxili işlər naziri yenidən İrana səfər edəcək
Pakistanın daxili işlər naziri Möhsün Nəqvinin yaxın günlərdə yenidən İrana səfər edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Məlumata görə, səfərin əsas məqsədi İran və ABŞ arasında aparılan danışıqların gedişini izləmək və tərəflər arasında diplomatik təmasların davam etdirilməsi istiqamətində səyləri gücləndirməkdir.
Qeyd edilib ki, Möhsün Nəqvi ötən ay da iki dəfə Tehrana səfər edib və müxtəlif yüksək səviyyəli görüşlər keçirib.
14:10 05.06.2026
Oxunuş sayı: 48