Parlament sistemi dəyişir: Məclis “Qurultay”, iclaslar isə “Toy” adlanacaq
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev birpalatalı parlamentin yaradılmasını nəzərdə tutan “Qazaxıstan Respublikasının Qurultayı və onun deputatlarının statusu haqqında” konstitusiya qanununu imzalayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, yeni qanuna əsasən, ölkənin qanunverici orqanı bundan sonra “Məclis” deyil, “Qurultay” adlandırılacaq.
Sənədə görə, Qurultayın iclasları isə “Toy” adlanacaq. Bu söz qədim türk dövlətçilik ənənəsində məşvərət, müşavirə və divan mənalarını ifadə edir.
Dəyişikliklərin məqsədinin dövlət idarəçiliyində türk tarixi-siyasi ənənələrinin daha geniş şəkildə tətbiqi olduğu bildirilir. Yeni terminlərin yaxın vaxtlarda rəsmi istifadəyə veriləcəyi gözlənilir.
13:36 05.06.2026
Oxunuş sayı: 43