İran parlamenti Xameneiyə müraciət etdi: İcazə verin ABŞ-ni vuraq!
İran parlamentinin bir qrup üzvü ölkənin Ali rəhbəri Əli Xameneidən ABŞ-yə çata bilən qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verilməsini istəyib.
Crossmedia.az xəbər verir ki, məlumata görə, deputatlar bu təşəbbüsü İranın müdafiə və çəkindirmə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə əsaslandırıblar.
Məsələ ilə bağlı rəsmi qərarın verilib-verilmədiyi barədə əlavə məlumat açıqlanmayıb.
12:40 05.06.2026
Oxunuş sayı: 47