Macarıstan Ukraynaya 6,6 milyard avroluq silah fondunu açıb
Macarıstan Ukraynaya 6,6 milyard avro silah fondunun ayrılmasına qoyduğu veto qərarını ləğv edib.
Crossmedia.az xəbər verir ki, “Nepszava” qəzetinin məlumatına görə, Avropa İttifaqının silah fondundan Ukraynaya ayrılması nəzərdə tutulan 6,6 milyard avroluq vəsaitlə bağlı əvvəlki bloklama aradan qaldırılıb.
Qeyd olunur ki, bu addım Baş nazir Viktor Orban hökumətinin Ukraynaya qarşı əvvəlki əsas vetolarından birinin ləğvi kimi qiymətləndirilir.
11:52 05.06.2026
Oxunuş sayı: 43