Rusiya Ermənistanı konyak ticarətində risklərlə xəbərdar edib
Rusiya konyak məhsullarına məhdudiyyətlərin tətbiqi halında Ermənistanın çətinliklərlə üzləşə biləcəyini proqnozlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Abrau-Durso” şirkətlər qrupunun sahibi və əsas səhmdarı Boris Titov bildirib ki, belə bir addım Rusiya bazarına ciddi təsir göstərməyəcək, çünki ölkə alternativ tədarük mənbələri ilə təmin oluna bilər.
Onun sözlərinə görə, mümkün məhdudiyyətlər daha çox Ermənistan üçün problemlər yaradacaq, Rusiya isə bu vəziyyətdən zərər görməyəcək.
11:28 05.06.2026
Oxunuş sayı: 43