Azov dənizində azərbaycanlı dənizçilərin olduğu gəmilər PUA hücumuna məruz qaldı: Ölənlər var
Azov dənizinin Taqanroq körfəzində azərbaycanlı dənizçilərin də olduğu iki quru yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” gəmiləri gecə saatlarında hücuma məruz qalıb. Hadisə nəticəsində beş nəfərin həlak olduğu, bir neçə ekipaj üzvünün isə yaralandığı qeyd olunur.
Qeyd edək ki, hazırda həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması dəqiqləşdirilir. Hadisə ilə bağlı araşdırma aparılır.
10:51 05.06.2026
Oxunuş sayı: 60