Lavrov: Ermənistan Aİİ ilə Aİ arasında seçim etməlidir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan rəhbərliyi Avropa İttifaqına inteqrasiya ilə bağlı qəbul edilən qanundan sonra məsələ ilə bağlı açıq mövqe ortaya qoymalı və verdiyi bəyanatlara görə məsuliyyət daşımalıdır.
Crossmedia.az-ın məlumatına görə, Lavrov “İzvestiya”ya müsahibəsində deyib ki, hazırda Ermənistan həm Avrasiya İqtisadi İttifaqına (Aİİ), həm də Avropa İttifaqına üzvlük məsələsində seçim qarşısındadır. Onun sözlərinə görə, Aİ tərəfindən İrəvana “ya Aİİ, ya da Aİ” prinsipi təqdim olunur.
Rusiyalı nazir Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələ ilə bağlı Ermənistan xalqı tərəfindn veriləcəyi barədə son açıqlamasını da xatırladıb.
Lavrov qeyd edib ki, əgər qərarı xalq verəcəksə, o zaman alternativlər açıq şəkildə təqdim edilməli və referendum keçirilməlidir.
10:54 05.06.2026
Oxunuş sayı: 49