ABŞ Nümayəndələr Palatası Ukraynaya milyardlıq yardımı təsdiqləyib
ABŞ Konqresinin Nümayəndələr Palatası Prezident Donald Tramp administrasiyası dövründə ilk dəfə olaraq Ukraynaya yeni yardım paketini və Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, sənəd yalnız demokratların deyil, həmçinin Ağ Evin mövqeyinə faktiki olaraq qarşı çıxan 18 respublikaçı konqresmenin dəstəyi ilə qəbul olunub.
Qanun layihəsi növbəti mərhələdə Senatın müzakirəsinə çıxarılacaq.
Daha sonra sənədin imzalanması üçün prezident Donald Trampa təqdim ediləcəyi gözlənilir.
ABŞ prezidenti layihəyə veto qoymaq səlahiyyətinə malikdir.
Layihə qüvvəyə minərsə, Ukraynaya 1 milyard dollardan artıq təhlükəsizlik və yenidənqurma yardımı ayrılacaq.
Bundan əlavə, Kiyevə 8 milyard dollara qədər müdafiə krediti verilməsi nəzərdə tutulur.
10:37 05.06.2026
Oxunuş sayı: 41