Putin: Rusiya İran böhranının həllinə kömək edə bilər
Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Rusiya İran böhranının həllinə kömək edə bilər.
Crossmedia.az xəbər verir ki, Putin bu açıqlamanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində beynəlxalq media qurumlarının rəhbərləri ilə görüşündə səsləndirib.
Rusiya prezidenti bildirib ki, Moskva İranla etimada əsaslanan münasibətlərə malikdir və bu səbəbdən regional gərginliyin aradan qaldırılmasında müəyyən rol oynaya bilər.
Məlumata görə, Rusiya tərəfi İranın nüvə proqramı ətrafında yaranmış böhran və regiondakı qarşıdurmaların diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
Bundan əvvəl də Moskva İranla bağlı bəzi məsələlərdə vasitəçilik etməyə hazır olduğunu açıqlamışdı.
09:38 05.06.2026
Oxunuş sayı: 52