Xomeyni: ABŞ-yə yenidən necə etibar edə bilərik?
İran İslam Respublikasının qurucusu Ruhullah Xomeyninin nəvəsi Əhməd Xomeyni ölkəsinin mövqeyindən geri çəkilmək üçün heç bir əsas görmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Belə ki, o telekanala müsahibəsində deyib ki, İran hakimiyyəti müharibənin dayandırılması ilə bağlı tələblərində güzəştə getməməlidir.
ABŞ-yə etimad məsələsinə toxunan Əhməd Xomeyni, "İndi sual sizdən soruşulmalıdır: ABŞ-yə yenidən necə etibar edə bilərik?"- deyə bildirib.
O, həmçinin babası Ruhullah Xomeyninin siyasi xəttinə sadiq qaldığını vurğulayaraq, İranın uzun illərdir ABŞ siyasətinə qarşı olduğunu və bu mövqenin dəyişmədiyini qeyd edib.
08:35 05.06.2026
Oxunuş sayı: 56