Putin: Ukrayna ilə sülhə hazırıq, kompromis üçün Kiyev də razılaşmalıdır
Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva Ukrayna ilə münaqişəni sülh yolu ilə həll etmək istəyir və bunun üçün Ankoricdə ABŞ Prezidenti Donald Trampla müzakirə olunan razılaşmalar əsas götürülə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media yazıb.
Putinin sözlərinə görə, Rusiya Ankoricdə razılaşdırılmış kompromislərə getməyə hazırdır, lakin bunun üçün Kiyevin də həmin şərtlərlə razılaşması lazımdır.
Rusiya lideri həmçinin bəyan edib ki, Avropa İttifaqı ölkələri Ukraynaya yardım göstərdikləri üçün Moskva ilə Kiyev arasında vasitəçi rolunda çıxış edə bilməzlər.
Putin daha sonra bildirib ki, Rusiyanın “Oreşnik” raketi ilə Ukraynadakı obyektlərdən birinə zərbə endirilməsi bu silahın tətbiqinin nəticələrini yoxlamaq məqsədi daşıyıb. Onun sözlərinə görə, zərbədən sonra nəticələr pilotsuz uçuş aparatları vasitəsilə dəqiqliklə öyrənilib və əldə olunan məlumatlar gələcəkdə istifadə olunacaq.
Putin , həmçinin, “Oreşnik” raketinin müxtəlif hədəflərə, o cümlədən şəhər ərazilərinə qarşı tammiqyaslı tətbiqini də istisna etmədiyini qeyd edib.
08:40 05.06.2026
Oxunuş sayı: 48