Aİ Rusiyanın təzyiqləri fonunda Ermənistana dəstək vəd etdi
Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib ki, Aİ Rusiyanın Ermənistana göstərdiyi iqtisadi təzyiqlərlə bağlı İrəvanla həmrəylik nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, X sosial şəbəkəsində yazıb ki, Aİ-Ermənistan İşçi Qrupunun fəaliyyətə başlamasını gözləyir. Bu qərar Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə olunan razılaşma çərçivəsində qəbul edilib.
Kos qeyd edib ki, Aİ-nin maliyyə dəstəyi, ticarət sahəsində atacağı addımlar və Ermənistana göstərdiyi həmrəylik iqtisadi təzyiqlərin təsirini azaltmağa kömək edəcək. O, yaxın vaxtlarda yenidən Ermənistana səfər etməyə ümid etdiyini də bildirib.
08:20 05.06.2026
Oxunuş sayı: 49