Böyük Britaniyadan Rusiyaya sərt diplomatik reaksiya
Rumıniyada rus pilotsuz uçuş aparatı ilə bağlı baş verən insidentdən sonra Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiya səfirini çağırıb.
Crossmedia.az xəbər verir ki, London Moskvanı NATO-nun hava məkanını pozmaqda ittiham edib.
Məlumata görə, Britaniya tərəfi insidenti ciddi təhlükəsizlik pozuntusu kimi qiymətləndirərək Rusiyaya etirazını çatdırıb.
09:02 04.06.2026
Oxunuş sayı: 52