Almaniya BMT Təhlükəsizlik Şurasına üzvlük seçkilərində uğursuz oldu
Almaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü uğrunda keçirilən səsvermədə kifayət qədər dəstək qazana bilməyərək seçkilərdə məğlub olub.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq siyasi dairələrdə bu nəticə Berlin üçün diplomatik uğursuzluq kimi qiymətləndirilir.
Analitiklərin fikrincə, səsvermənin nəticəsi Avropa İttifaqının bəzi xarici siyasət prioritetlərinə qarşı artan narazılığın göstəricisi ola bilər.
Məlumata görə, səsvermə prosesi zamanı Qlobal Cənub ölkələrinin mövqeyi nəticənin formalaşmasında həlledici rol oynayıb. Bu isə Almaniyanın beynəlxalq platformalarda təsir imkanlarının zəifləməsi ilə bağlı müzakirələri gücləndirib.
08:50 04.06.2026
Oxunuş sayı: 49