ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar paketini səsverməyə çıxardı
ABŞ Konqresi Rusiyaya qarşı sanksiyalar və Ukraynaya yardım haqqında qanun layihəsini səsverməyə çıxarıb.
Crossmedia.az TASS-a istinadən bildirir ki, layihənin lehinə 218 qanunverici səs verib, 204 nəfər isə əleyhinə çıxış edib.
Bildirək ki, sənəddə Vaşinqtonun Rusiyanın neft sektoruna qarşı sanksiyaları sərtləşdirməsi, Rusiyadan idxal olunan mallara 500 faiz gömrük rüsumu tətbiq etməsi, həmçinin Ukraynaya göstərilən hərbi yardımın artırılması nəzərdə tutulur.
07:00 04.06.2026
Oxunuş sayı: 51